“Artıq strateji dönüş nöqtəsinə çatmışıq” - Zelenski

artiq-strateji-donus-noqtesine-catmisiq
Oxunma sayı: 5051

“Biz torpaqlarımızı azad edəcəyik, çünki biz artıq strateji dönüş nöqtəsinə çatmışıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 

“Artıq 16-cı gündür ki, azadlığımız üçün mübarizə aparırıq. Bu, düşmənin işğalı planlaşdırdığı müddətdən dörd dəfə uzundur... Ukraynalılar həmişə öz torpaqlarını müdafiə edən qürurlu insanlardır və işğalçıya bu torpaqdan bir parça, bir faiz belə verməyəcəklər”, - deyə Zelenski bildirib.