“Artıq vәziyyәt faciәvidir, pullar ödәnmir” - - Sxadadze

artiq-vziyyt-facividir-pullar-odnmir-
Oxunma sayı: 2403


"Qafqazinfo" xәbәr verir ki, matçdan sonra meydan sahiblәrinin baş mәşqçisi Kaxaber Sxadadze matç haqqında fikirlәrini bildirib:

"Hәr kәsi tәbrik edirәm. Yaxşı oyun oldu. Oyunda hәr şey oldu. Qırmızı vәrәqә, penalti. Biz şanslarımızdan istifadә etdik. Siz komandada baş verәnlәrdәn xәbәrdarsız. Mәn oyundan öncә futbolçularla söhbәt etmişdim. Demişdim ki, biz peşәkarıq. Siz dә gördünüz ki, problemlәr hiss olunmadı. Artıq faciәvi vәziyyәt yaranıb. Pullar ödәnmir. O pulu ödәmәli insanlara sadәcә uğur arzu edirәm. "İnter" yaşamalıdır. Pulu kimin vermәli olduğunu bilmirәm. Amma komanda yaşamalıdır"

Sxadadze "avrokuboklarda komandanı çalışdıra bilәrsizmi?" sualına belə cavab verib: "Yox. Bu mümkün deyil. Hüquqi cәhәtdәn düzgün deyil".

Elsevər