“Qafqazinfo”ya açıqlamasında müğənni bəzi ifaçıların qardaş ölkədə uğur qazansa da, bəzilərinin uğursuzluqla üzləşdiyini bildirib:
“Bizim müğənnilər Türkiyə şou-biznesinə qatılır, orada müəyyən işlər görürlər. Bəzisində uğurlu alınır, bəzisində alınmır. Təbii ki, hər kəsin əməyinin bəhrəsini görməsini istəyirəm. Bu haqda çox danışmaq istəmirəm, artıq yorulmuşam. Onu deyə bilərəm ki, Türkiyədə yalnız İradə İbrahimova ilə görüşürəm, onunla ailəvi dostluq edirik. İradə gözəl bir albom hazırlayır və qarşınızda artıq fərqli bir İradə olacaq. Türklər də görəcək ki, bizdə belə gözəl səsli müğənni var. Onun adına çox sevinirəm”.
Son xəbərlər
Son Xəbərlər