Artur Rasi-zadə erməni işğalından danışdı

artur-rasi-zade-ermeni-isgalindan-danisdi
Oxunma sayı: 1246


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan-Gürcüstan əlaqələrinin dərin tarixi köklərə əsaslandığını deyən Baş nazir Artur Rasizadə hər iki ölkənin prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan və Gürcüstan parlamentlərinin uğurla əməkdaşlıq etdiyini bildirən Baş nazir bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini qeyd etmişdir.

Baş nazir Artur Rasizadə Azərbaycanın və Gürcüstanın bir sıra iri regional iqtisadi layihələr həyata keçirdiyini və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatmaq üzrə olduğunu bildirib.

Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib, Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü deyib. Artur Rasizadə Ermənistanın işğalçılıq siyasətinin region üçün təhlükə olduğunu, bu siyasətdən Ermənistanın özünün də əziyyət çəkdiyini deyib. Baş nazir Ermənistanın hazırkı rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı Xocalı soyqırımının törədildiyini diqqətə çatdırmışdır.

Gürcüstan parlamentinin sədri David Usupaşvili ölkəsinin Azərbaycanın iqtisadi və siyasi sahədə təcrübəsi ilə yaxından maraqlandığını deyib. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirərək bunun üçün regionda sabitliyin vacib amil olduğunu vurğulayıb. David Usupaşvili, həmçinin Gürcüstanın iki ölkə parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.