Türkiyədə ər ondan boşanmaq istəyən arvadına qəzəblənərək 9 nəfəri qətlə yetirib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşı 21 yaşlı Tuba Taş evdən ayrılaraq xalasının evinə köçüb. Evə basqın edən Yusif Taş isə əlindəki tüfənglə 4 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Ölənlər arasında həyat yoldaşı, onun xalası və 16 yaşlı qohumları olub.
Evdən çıxdıqdan sonra Taş soyadlı daha 5 nəfəri qətlə yetirib. Polis isə iki versiya üzərində durur: İkinci qətllər də Yusif Taş tərəfindən və ya başqası tərəfindən intiqam məqsədilə törədilib.
Son xəbərlər
Son Xəbərlər