Arvadı da, evi də yandı - Neftçalada

arvadi-da-evi-de-yandi-
Oxunma sayı: 1122

Dünən Neftçala rayonunda yanğın baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 14-də saat 16 radələrində rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Kənd sakini Ədalət Ələkbərovun evində yanğın olub. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan Ə.Ələkbərovun arvadı Nərgiz xəstəxanaya yerləşdirilib.

Murad Əhməd