“Qafqazinfo”nun verdiyi xəbərə görə, Elşad Balacayev iki il öncə həyat yoldaşını və yeni doğulacaq körpəsini itirdiyinə görə mətbuatın gündəminə gəlmişdi.
Belə ki, 2013-cü ilin sentyabrında onun hamilə həyat yoldaşı Fərqanə Balacayeva və anadan olmasını gözlədikləri oğlu Gəncədə doğuş zamanı vəfat etmişdi.
Xanımını itirəndən sonra ata 3 azyaşlı qızına tək baxırdı. Qeyd edək ki, böyük qızının 6, əkizlərin isə 4 yaşı var. Həm anasız, həm də atasız qalan uşaqlara hazırda bibisi baxır.
Yaxınlarının verdiyi məlumata görə, Elşad qəzaya yeni aldığı “Mercedes” markalı maşını ilə düşüb.
Foto Azadlıq Radiosuna məxsusdur.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər