Gəncədə kürəkən arvadını və qayınatasını bıçaqlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Yeni qəsəbədə qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisəni törətməkdə 1997-ci il təvəllüdlü M.Mirzəyev şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.