Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o, aprelin 2-6-sı aralığında Azərbaycan və Ermənistan arasında olan gərginlikdən danışıb: “Belə şeylər dünyanın hər yerində olur. Azərbaycan və Ermənistan arasında uzun müddətdir ki, gərginlik var. Düzdür, aprelin əvvəlində iki ölkə arasında olan gərginlik paytaxt Bakıdan uzaqda idi. Amma arvadım qorxurdu. Ona görə də biz bir neçə gün uşaqları məktəbə getməyə qoymadıq”.
Son xəbərlər
Son Xəbərlər