“Diriliş Ertuğrul” serialında 5 il rol alması ilə ulduzu parıldayan aktyor Engin Altan Düzyatan “Hello” jurnalına müsahibə verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, aktyor xanımı Neslişah Alkoçlarla münasibətinə dair qısa açıqlama verib.
O, həyat yoldaşını tanıdıqdan sonra onu sevdiyini bildirib:
“Sevgi möhtəşəm bir hissdir. Özünü tamamlanmış kimi hiss edirsən. Biz həyatımızı paylaşmaq istədiyimiz üçün evləndik. Xanımım Neslişah məndən çox fərqli insandır. Bu, bizi bəsləyir. Bərabər vaxt keçirməkdən çox kef alırıq”.
Qeyd edək ki, Neslişah Alkoçlar Türkiyənin əfsanəvi aktrisası Hülya Koçyiğitin nəvəsidir. Engin Altan Düzyatanla N. Alkoçlar 2014-cü ildə ailə qurub, 2 uşaqları var.






Son xəbərlər
Son Xəbərlər