Arvadına 20 bıçaq zərbəsi vuran kişi tutuldu

arvadina-20-bicaq-zerbesi-vuran-kisi-tutuldu
Oxunma sayı: 1865

Masallı rayonunda ərin arvadına 20 bıçaq zərbəsi vurması hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb.

Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 28-i saat 10 radələrində 1991-ci il təvəllüdlü Elza Ağayevanın Masallı rayonu ərazisində xəsarət alması barədə məlumat daxil olub.

İlkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Ariz Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elza Ağayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Ariz Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.