Arvadına çoxsaylı bıçaq xəsarətləri yetirdi

arvadina-coxsayli-bicaq-xesaretleri-yetirdi
Oxunma sayı: 3683

Tovuzda ər arvadını bıçaqlayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, hadisə Tovuz şəhərində baş verib.

Belə ki, Tovuz RPŞ-yə 1970-ci il təvəllüdlü T.Bayramovanın çoxsaylı bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qadına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən həyat yoldaşı Nizami Bayramov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.