Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank"ın filial müdiri işləmiş Müşfiq Bayramov və digər 6 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatımda olan prosesdə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək M.Bayramovun 11 il 6 ay, Mübariz Gözəlovun 9 il, Vasif Həsənovun 5 il, Lalə İsgəndərovanın 4 il, Mehriban İsmayılovanın 4 il, Nuranə Qədirlinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.
Qeyd edək ki, “Zaminbank" ASC-də filial müdiri M.Bayramov və digərləri sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 41 min 300 manat pulu mənimsəməkdə təqsirləndirilir. O, bu pulla arvadı Aygün Bayramova üçün mirvari satışı mağazası açıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər