Türkiyəli müğənni Mustafa Cecelinin 9 illik həyat yoldaşı Sinemdən boşanma səbəbi məlum olub.
“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, sənətçi 34 yaşlı Selin İmer adlı qadınla sevgilidir. Cütlüyün səmimi şəkilləri artıq sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, M. Cecelinin eks-xanımından bir oğlu var.
Müğənni keçmiş xanımından boşanma səbəbini aralarındakı söz-söhbətlə əlaqələndirmişdi: “Bir-birimizin tərzlərini bəyənməməyimiz narahatçılıq yaradırdı. O narahatçılığın öhdəsindən heç cür gələ bilmədik. Boşanmağımızın səbəbi sadəcə aramızdakı söz-söhbətdir. Sinem dünyanın ən mükəmməl insanıdır. Nəyim varsa həyat yoldaşımındır. Maddi və mənəvi olaraq hər zaman onun yanında olacağım. Qanunlar onu nə qədər qoruyursa, mən iki qat qoruyacağam. Ailə bötüvlüyümüzü pozmayacağıq”.




Son xəbərlər
Son Xəbərlər