Arvadını avtobusda öldürən kişi təslim oldu

arvadini-avtobusda-olduren-kisi-teslim-oldu
Oxunma sayı: 2973


Yasamal Rayon Polis İdarəsindən “Qafqazinfo”ya bildirib ki, 1968-ci il təvəlllüdlü Şəmiyeva Fatma Məhəmməd qızını qətlə yetirən həyat yoldaşı 1962-ci il təvəllüdlü Namiq Həzi oğlu Məmmədov dünən özü idarəyə gələrək təslim olub.

Qeyd edək ki, Xırdalandan “20 yanvar” istiqamətində hərəkətdə olan avtobusdakı ər-arvad arasında mübahisə düşüb. Və ər həyat yoldaşına bir neçə bıçaq zərbəsi endirib. Yaralanan şəxs “Respublikanski” xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib. Hadisə zamanı azyaşlı övladları da orada olub.

Murad Əhməd