Arvadını balta ilə öldürdü - Qubada

arvadini-balta-ile-oldurdu
Oxunma sayı: 1369

Quba rayonunda kişi qadını dəhşətli şəkildə qətlə yetirib.

"Qafqazinfo" "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, rayonun Güləzi kəndində yaşayan Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5  dəfə balta ilə  zərbə endirib. Qonşular səsi eşidərək hadisə yerinə gəlib qadını xilas etmək istəsələr də bu, mümkün olmayıb. Ulduz Ələsgərova aldığı zərbələrdən keçinib.  Ələsgərov könüllü olaraq Quba RPŞ-yə gələrək istintaqa təslim olub. Qətlin səbəbi isə qısqanclıq zəminində münaqişədir.

Hal-hazırda Quba Rayon polis şöbəsində istintaq davam edir.