Daxili İşlər Nazirliyi öncə arvadını, sonra isə özünü öldürmək istəyən şəxslə bağlı açıqlama yayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, mayın 2-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Eldəniz Yusifov evində münaqişə zəminində arvadı Ceyhunəyə baş və boyun nahiyələrinə bıçaq və baltanın arxa hissəsi ilə, sonra isə özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər