Arvadını bıçaqladı

arvadini-bicaqladi
Oxunma sayı: 2027

Bakıda ər arvadını bıçaqlayıb.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, Nəsimi rayonunun N.Məlikov küçəsi, ev 13 ünvanında yaşayan 1971-cı il təvəllüdlü Azər Rəsulov arvadı 1976-ci il təvəllüdlü Sevda Rəsulovaya bıçaqla xəsarət yetirib.

Qadın qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.