“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən 1984-cü il təvəllüdlü Bəhruz Əliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin fevral ayında Bəhruz Əliyev qayınatasının evində ailə münaqişəsi zəminində həyat yoldaşı 31 yaşlı Günel Əliyevanı bıçaqlayıb. Ərinin vurduğu bıçaq qadının döş qəfəsinə nüfuz edib. Yaralı yaxınlarının köməyi ilə xəstəxanaya çatdırlırıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər