Fevralın 17-i saat 16 radələrində Aytən Qasımova Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə bıçaqlanıb.
Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, zərərçəkmişin əri Raman Təhməzov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər