Arvadını boğaraq öldürənin istintaqı yekunlaşıb

arvadini-bogaraq-oldurenin-istintaqi-yekunlasib
Oxunma sayı: 1354

Arvadını boğaraq öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə istintaq yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırlıq iclası hakim İradə Həsənzadənin icraatında sentyabrın 20-də keçiriləcək. 

İttihama görə, hadisə 2018-ci il yanvarın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb. Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir.

Murad Əhməd