Arvadını güllələyib öldürdü, qonşusunu yaraladı

arvadini-gulleleyib-oldurdu-qonsusunu-yaraladi
Oxunma sayı: 3102

Yevlaxda 48 yaşlı kişi arvadını güllələyərək öldürüb, qonşusunu yaralayıb.

Rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, bu gün Hacıselli kənd sakinləri 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi və qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin xəsarət alması barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla Elnarə Qarayevanın əri 1974-cü il təvəllüdlü Mehdi Qarayevin odlu silahla Elnarə Qarayevanı qəsdən öldürməsinə, qonşusu İldırım Qarayevə isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Mehdi Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.