“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, polisə təslim olan Ş.B-nin böyük qardaşı "Tələsməyin, buraxın ölsün" deyə qışqıraraq yaralıları xəstəxanaya çatdırmaq istəyən təcili tibbi yardıma manəçilik törədib.
Hadisə saat 01:00-da baş verib. İşdən qayıdan kişi belindən çıxardığı silahla H.K-ın sağ ayağına 4, sol ayağına 4, həyat yoldaşının isə sağ ayağına 2 atəş açıb. Hadisədən sonra Ş.B. qardaşına zəng vuraraq yoldaşını və onun sevgilisini güllələdiyini deyib.
Hadisə yerinə gələn polis əməkdaşları qadının sevgilisini yaralı vəziyyətdə görüblər, qadının özü isə ayağından güllələnsə də qaça bilib. Yaxınları onu evin bağında və digər yerlərdə axtarsalar da tapa bilməyiblər.
Son xəbərlər
Son Xəbərlər