Arvadını uşaqlarının gözü qarşısında yandırdı - Fotolar

arvadini-usaqlarinin-gozu-qarsisinda-yandirdi
Oxunma sayı: 869

Türkiyənin paytaxtı Ankarada iraqlı ər-arvad arasında düşən mübahisə qandonduran hadisəyə səbəb olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsəbini cilovlaya bilməyən kişi həyat yoldaşını döydükdən sonra onu uşaqlarının gözü qarşısında yandırıb.

Səs-küyə gələn qonşuların müdaxiləsi ilə qadın ölümdən xilas edilib. Hadisə yerinə çağırılan təcili yardım həkimləri ağır xəsarət alan qadını xəstəxanaya yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.