Arvadını və özünü güllələyən kişinin məhkəməsi başlayır

Arvadını və özünü güllələyən kişinin məhkəməsi başlayır
Oxunma sayı: 1023

Bir neçə ay əvvəl Bakıda baş verən dəhşətli qətl hadisəsi üzrə məhkəmə araşdırmasına start verilir. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, arvadını öldürməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, hadisə bu ilin iyununda baş verib. 61 yaşlı keçmiş məhkum Z.Novruzov Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən yaşayış binasının arxasında həyat yoldaşı, 55 yaşlı Təranə Novruzovanı qısqanclıq zəminində ov tüfəngi ilə güllələyərək öldürüb.

Daha sonra özünü başından vuraraq öldürmək istəyərkən silah əlindən çıxıb və güllə onun boğazından dəyib. Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, həkimlər Z.Novruzovun həyatını xilas edə biliblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi