Arvadını və qızını bıçaqlayan kişi tutuldu

arvadini-ve-qizini-bicaqlayan-kisi-tutuldu
Oxunma sayı: 635

İyulun 8-də S.Əsgərova küçəsində yaşayanlar Abbasqulu Tanrıverdiyev ailə münaqişəsi zəminində bıçaqla arvadı Səkinə Rəhimovaya və qızı Zenfiraya bıçaq xəsarətləri yetirdiyinə görə Nəsimi RPİ 21-ci PB əməkdaşları tərəfindən tutulub.

İyulun 8-i saat 23:30 radələrində Bilgəh qəsəbəsi Zəfəran sovxozunda İmamverdi Aslanovun idarə etdiyi “Daewoo” markalı 172 saylı xətt avtobusu ilə Bilgəh qəsəbə sakini Vasif Əliyevin idarə etdiyi “Opel” markalı avtomobil toqquşublar. V.Əliyev aldığı xəsarətlər nəticəsində ölüb.

İyulun 8-i saat 21:40 radələrində Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Kamil Ələsgərov idarə etdiyi “QAZ-31029” markalı avtomobillə Şəhriyar Musayevi vurub, sonuncu aldığı xəsarətlər nəticəsində KTM-də ölüb.

İyulun 7-də əvvəllər məhkum olunmuş Mehman Muxtarov H.Hüseynov küçəsində yerləşən, Niyaməddin Səfərova məxsus mağazadan açıq qapıdan keçmə yolu ilə tərəzi və tərəvəz məhsulları oğurladığı üçün Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən tutulub, üzərinə baxış keçirilərkən 0,767 qram narkotik vasitə olan heroin aşkar edilib.

İyulun 7-də Keşlə qəsəbəsi Ə.Əzimzadə küçəsində Elvin Ağabəyov qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri ilə KTM-ə yerləşdirilib. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Məmmədov iyulun 7-də tutulub.

İyulun 8-də Masallı rayon sakini Rauf Musayev Bünyadov küçəsində yaşayan Vüsal Məmmədova yaşadığı evin qarşısında bıçaq xəsarətləri yetirdiyinə görə Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən tutulub.

İyulun 6-na keçən gecə Pirşağı qəsəbəsində yaşayan Fiqan Zeynalova məxsus həmin ünvanda yerləşən mağazadan pəncərədən keçmə yolu ilə ərzaq məhsulları oğurlanıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Canpolad Hacıyev iyulun 8-də tutulub.