“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, o, keçmiş arvadını 9 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilir. Onlra rəsmi şəkildə boşansalar da, 1988-ci il təvəllüdlü Vəfa Abdullayeva keçmiş həyat yoldaşı və uşaqları ilə bərabər Zöhrab İsmaylovun evində yaşayırmış. Təqsirləndirilən şəxsin sözlərinə görə, keçmiş həyat yoldaşını başqa bir maşına oturaraq motele getdiyinin şahidi olub:
“Kənardan baxdım, gördüm çay gəldi otağa, içəri girdim. Beynim döndü, neçə bıçaq vurduğumu bilmirəm”.
Tibbi ekspertin verdiyi rəyə görə, bıcaq zərbələrindən 7-si qadının kürək nahiyəsindən vurulub: “Öldürmək fikrim olmayıb. Öldürən olsaydım, bu neçə ayın içində vurardım”.
Faktla bağlı Abşeron rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Son xəbərlər
Son Xəbərlər