Bakı Apellyasiya Məhkəməsində arvadının ölümünü sifariş verməkdə təqsirləndirilən Rüstəm Rzayev və qətli törədən Elşad Həsənovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə ötən ilin yanvar ayında baş verib. Rüstəm Rzayev arvadı Sevil Rzayeva ilə boşanmaq üçün məhkəməyə müraciət edib. S.Rzayeva həyat yoldaşından əmlakın yarısını tələb edib. R.Rzayev qazancını arvadı ilə bölmək istəmədiyi üçün onu öldürtmək qərarına gəlib. Bunun üçün Elşad Həsənovla razılaşıb və ona arvadını öldürməsi qarşılığında 2 min manat ödəyib. E.Həsənov da S.Rzayevanı qaldığı mənzildə qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüstəm Rzayev və qətli törədən Elşad Həsənovun hər ikisi 16 il azadlıqda məhrum ediliblər.
Xatırladaq ki, Rüstəm Rzayev iş adamıdır. Bakıda bir neçə obyekti var.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər