“Dözmüşəm, sənətdə olduğum 26 ildə çox şeyə dözmüşəm! Artıq bezmişəm...”
Qafqazinfo” xəbər verir ki, bu sözləri əməkdar artist Nicat Kazımov sosial şəbəkədə yazıb.
Gənc tamaşaçılar teatrının rejissoru hər şeydən bezdiyini bildirib:
“Riyakarlıqdan, ağ rənginə qara deyənlərdən, özünü hər kəsdən ağıllı hesab edənlərdən, sənətdə kar olan “sənətkar”lardan, işi-gücü intriqa olan nadürüstlərdən, kimisini yetişdirib, daha sonra itirməkdən, sıfırdan başlamaqdan, arxamca hürən tulalardan bezmişəm. Belə gtesə qaçacam, mütləq qaçacam”.




Son xəbərlər
Son Xəbərlər