“Rəqibi səhvlər etməsinə məcbur etdik. Şanslarımızdan yaxşı istifadə etdik”. “Qafqazinfo”xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov deyib.
27 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi “Aue” klubu II Bundesliqanın XXVIII turu çərçivəsində “Münhen 1860”a 3:0 hesabı ilə qalib gəlib. Start heyətində yer alan və 90 dəqiqə oynayan Nazarov komandasının iki qoluna imza atıb. O, 42 və 73-cü dəqiqələrdə penaltidən fərqlənib.
Bu görüşlə bağlı alman mətbuatına açıqlama verən Nazarov II Bundesliqada qalmaq üçün sona qədər mübarizə aparacaqlarını bildirib: "Yavaş-yavaş autsayderlərdən uzaqlaşırıq. Amma arxayınlaşmaq olmaz. Məğlubiyyətsiz oyunlar seriyamızı davam etdirməliyik. Maksimum gücümüzü ortaya qoyub, turnir cədvəlində irəli getmək istəyirik”.
Qeyd edək ki, “Aue” 2-ci Bundesliqanın turnir cədvəlində 32 xalla 15-ci pillədədir.
Son xəbərlər
Son Xəbərlər