Bu gün Azərbaycan prezidentinin kiçik qızı Arzu Əliyevanın ad günüdür.
“Qafqazinfo” xəbər verir ki, Arzu İlham qızı Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda anadan olub. Xaricdə ali təhsil alıb. Azərbaycanda xeyriyyəçilik və digər humanitar fəaliyyət növləri ilə yaxından məşğul olur. Rus, ingilis, fransız və ispan dillərində sərbəst danışır. Arzu Əliyeva 2008-ci ildə Azərbaycandan olan reklam video klipində çəkilib. Bu video klip CNN və Evronyus kanallarında nümayiş olunub.
Qeyd edək ki, Arzu Əliyeva 2011-ci ildə Rusiyada tanınmış iş adamı, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan Aydın Qurbanovun yeganə oğlu Səməd Qurbanovla ailə qurub. O, bir uşaq anasıdır.
Son xəbərlər
Son Xəbərlər