Arzu Rəhimov Cəlilabadda vətəndaşlarla görüşdü

arzu-rehimov-celilabadda-vetendaslarla-gorusdu-
Oxunma sayı: 1641



Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, qəbulda 20 nəfərədək vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul olunması, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub. Qəbulda irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.