Arzu Rəhimovla görüş olacaq

arzu-rehimovla-gorus-olacaq
Oxunma sayı: 1679

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov yanvarın 18-də saat 11:00-da Xidmətin İsmayıllı rayon şöbəsində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərini qəbul edəcək.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar yanvarın 15-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etməli və qeydiyyatdan keçməlidirlər.