“Arzuladığım kimi kişi tapa bilməmişəm …”

arzuladigim-kimi-kisi-tapa-bilmemisem-
Oxunma sayı: 5851

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni ehtiraslı və güclü təbiətə malik kişi arzuladığını bildirib: "Güclü qızlardan qorxmayan kişiləri bəyənirəm. Həyat tərzimi anlayacaq, dəstəkləyəcək, bundan qorxmayacaq və məni sevəcək bir kişi qarşıma çıxmayıb. Hələ arzuladığım kimi kişi tapa bilməmişəm”. 

Qeyd edək ki, Gomez “Teen Vogue” adlı moda jurnalına verdiyi açıqlamada ciddi münasibətlərə üstünlük verdiyini bildirmişdi: "Aşiq olmaq həyatımızı tamamilə ələ keçirir, bitəndə isə bir parçamız qırılır. Mən həmişə yaxşı bir qız olaraq qalacağam. Bir kişinin ailəsiylə tanış etmək istədiyi qızlardan olacağam. Kişilərin bir gecəlik bir əlaqə üçün seçdiyi qızlardan olmayacağam. Bütün mənliyimə qədər aşiq oluram, münasibətim bitəndə isə ruhum parçalanır. Ona görə əziyyət çəkməmək üçün sevgi münasibətlərinə diqqətli yanaşıram”.