“Qafqazinfo” xəbər verir ki, İngiltərə Premyer Liqasının 37-ci turunda “Kristal Palas”la qarşılaşan “Liverpul” 3-3 hesablı bərabərlik əldə edib. Son anda alınan bu bərabərlik ən çox “Mançester Siti”nin lehinə işləyib. Xallarının sayını 81-ə yüksəldən “Liverpul” ikinci yerdə olan və bir oyun az keçirən “Siti”dən cəmi 1 xal öndədir. Yalnız “Mançester Siti”nin iki oyundan birində məğlub olması və “Liverpul”un son matçı qələbə ilə başa vurması 24 illik həsrətə son qoya bilər.
“Kristal Palas”- “Liverpul” matçında isə hadisələr bir andaca dəyişib. Çünki 55-ci dəqiqəyə qədər qonaq komanda hesabda 3-0 irəlidə olub. Co Allen, Daniel Staric və Luiz Suarez öz işlərinin öhdəsindən mükəmməl şəkildə gəliblər. Lakin Deleneyin qolu və Geylin dublu “Liverpul” matəm havası yaşadıb. Görüşdə vurulan qolları təqdim edirik.
İqbal
Son xəbərlər
Son Xəbərlər