“AS Group İnvestment” MMC müqəddəs Ramazan bayramını qəhrəman şəhidlərimizin ailələrilə birlikdə qeyd edir.
"Qafqazinfo" xəbər verir ki, mayın 1-də “AS Group İnvestment” əməkdaşları Bakının Sabunçu, Ramana, Binə, Maştağa, Hövsan, Suraxanı qəsəbələrində yaşayan şəhid ailələrilə görüşərək onlara maddi dəstək, çatışmayan məişət əşyaları və bayram sovqatları ilə qonaq olublar. Şirkət bu bayram günlərində məhz torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin bizə əmanət buraxdıqları ailələrinin yanında olmağı özünə mənəvi borc bilir.
Ümumiyyətlə sentyabrın 27-dən, ölkəmizin ən şanlı tarixi yazılmağa başladığı gündən “AS Group İnvestment” ordumuz, vətəndaşlarımız və dövlətimizə dəstək olmağa çalışıb. Şirkət Mingəçevir rayonunda Park Residence yaşayış binasından şəhid Niyazi İsgəndərovun ailəsinə, şəhid polkovnik Mehman Qənbərovun ailəsinə və düşmənə əsir düşərkən göstərdiyi cəsarətilə hər kəsin sevgisini qazanan qazi Amin Musayevə Bakıdakı Park-Göl yaşayış kompleksindən mənzil hədiyyə edib.
“AS Group İnvestment” və onun layihələri haqqında daha ətraflı məlumat almaq üçün www.asgroup.az saytına daxil ola bilərsiz.








Son xəbərlər
Son Xəbərlər