“AS Group Investment” əməkdaşları şəhərdaxili iməciliyə qatıldı

as-group-investment-emekdaslari-seherdaxili-imeciliye-qatildi
Oxunma sayı: 2012

Bu gün “AS Group Investment” şirkəti özünün “Renessans Palace” Yaşayış Kompleksi və onun ətrafı boyunca olan ərazilərində əməkdaşları ilə birgə iməcilik təşkil edib. Şirkət Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtda ümum şəhərdaxili iməciliyinin keçirilməsi qərarına qatılaraq kompleksə məxsus ictimai-iaşə obyektlərinin ətrafında, fasad və vitrinlərində təmizlik və səliqə-səhman işlərini yerinə yetiriblər.

Qeyd edək ki, “Renessans Palace” Bakının 1,5 hektarlıq park-həyətinə sahib yaşayış kompleksidir. Kompleksin park-həyətindəki bütün yaşıllıqlar, ağaclar və güllər təckə xüsusi iməcilik günlərində deyil, hər gün qorunur. Bağbanlar tərəfindən onlara xüsusi qulluq göstərilir.

“AS Group Investment” şirkəti və onun digər layihələri haqqında daha ətraflı məlumat almaq üçün www.asgroup.az saytına daxil ola bilərsiz.