“AS Group İnvestment” şirkəti 200 ailəyə yardım etdi - Fotolar

as-group-investment-sirketi-200-aileye-yardim-etdi
Oxunma sayı: 1580

"AS Group İnvestment" şirkəti Bakı, Abşeron, Qobustan və Şəki ərazisində maddi baxımdan çətinliklər yaşayan 200 ailə ərzaq yardımı göstərib.

“Qafqazinfo”nun məlumatına görə, ərzaqların ailələrə və bölgələr üzrə paylanmasında Təhsil Nazirliyinin "Bir könüllü" proqramının könüllüləri yardım göstəriblər.

Qeyd edək ki, "AS Group İnvestment" şirkəti özünün korporativ sosial məsuliyyətinə sadiq qalaraq bir sıra sosial layihələrə daim dəstək olub. "AS Group İnvestment", həmçinin Koronovirusla Mübarizəyə Dəstək Fonduna ilk ianə edən şirkətlərdən biri kimi ora 250 min manat məbləğində dəstək olmuşdu.