“AS Group” şirkəti Qurban bayramını ehtiyaclı ailələrə dəstək olaraq qeyd edib - Fotolar

“AS Group” şirkəti Qurban bayramını ehtiyaclı ailələrə dəstək olaraq qeyd edib
Oxunma sayı: 1094

Ölkəmiz və vətəndaşlarımız qarşısında daim özünün sosial məsuliyyətinə qoruyan “AS Group” şirkəti müqəddəs Qurban bayramında da ənənələrinə sadiq qalır.

“Qafqazinfo” bildirir ki, şirkət COVID-19-la mübarizə tədbirləri çərçivəsində respublika ərazisində tətbiq olunan sərt karantin rejimi dövründə də özünün korporativ sosial məsuliyyət siyasətini əsas tutaraq müqəddəs Qurban bayramını Goranboy, Göyçay və Biləsuvar rayonlarında yerləşən internat məktəblərinin ən çox ehtiyacı olan ailələrinə, eləcə də Bakıda 40-a yaxın ailəyə bayram sovqatı çatdırmaqla qeyd edib. Ailələrə bayram sovqatının verilməsi karantin dövrünün qaydalarına əməl edilmək yerinə yetirilib. 

2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Group” fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında sosial məsuliyyətini anlayaraq daim müxtəlif layihələrə dəstək olub. Şirkət həmçinin ölkəmizdə COVID 19-la mübarizə səbəbindən tətbiq edilən karantin rejimi ərzində bölgələrimizdə 200 ailəyə ərzaq yardımı ilə dəstək olub. Bundan başqa “AS Group” Koronavirusla Mübarizə Fonduna ilk ianə edən şirkətlərdəndir.   

 “AS Group” şirkəti və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq əldə edə bilərsiz.  







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi