“AS Qrup İnvestment” talassemiyalı uşaqlara dəstək oldu - Fotolar

as-qrup-investment-talassemiyali-usaqlara-destek-oldu
Oxunma sayı: 811

Bütün dünyanı bürüyən COVİD-19 qlobal pandemiyası təəssüf ki, ölkəmizdən də yan keçmədi. Və məlumdur ki, məhz bu problemlə mübarizə aparmaq və onun qarşısını almaq məqsədilə hazırda respublikamızda ciddi karantin rejimi  tətbiq edilib. “Qafqazinfo” xəbər verir ki, virusdan qorunmaq üçün insanların daha çox evlərində qalmağa üstünlük vermələri virusa yoluxma hallarının azalması üçün vacib şərt olsa da, bu digər tərəfdən minlərlə talassemiyalı uşağa donor dəstəyinin ciddi şəkildə azalmasına səbəb olub. Məhz bu şəraitdə “AS Qrup İnvestment” və onun törəmə şirkətləri xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla öz əməkdaşlarının timsalında Mərkəzi Qan Bankında donor qismində çıxış edib. Şirkət əməkdaşları könüllülük əsasında qan verməklə talassemiyalı uşaqlara dəstək olublar. Bu çətin günlərimizdə qan çatışmazlığından əziyyət çəkən minlərlər uşaq üçün hər bir donor onu həyata bağlayan bir ümid sayılır. 

Qeyd edək ki, Mərkəzi Qan Bankında qan vermək istəyən şəxslərin COVİD-19 virusundan qorumaq məqsədilə lazım olan bütün tələblərə əməl edilir. Donor olmaq istəyən şəxslər yalnız bütün lazımi yoxlamalardan keçdikdən sonra qan verə bilirlər.

2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Qrup İnvestment” şirkəti regionun aparıcı developerlərindən biridir. Fəaliyyət göstərdiyi illər ərzində şirkət ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında özünün korporativ sosial məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub.

 “AS Qrup İnvestment” şirkəti və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq oradan ala bilərsiniz.