ASA-nın Müşahidə Şurasına yeni sədr seçildi

asa-nin-musahide-surasina-yeni-sedr-secildi
Oxunma sayı: 3122

Ötən gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

ASA-dan “Qafqazinfo”ya verilən məlumata görə, Assosiasiyanın Müşahidə Şurasına yeni sədrin seçilməsi ilə bağlı mövzu iclasın gündəliyində duran başlıca məsələ olub.

ASA-nın təsisçiləri tərəfindən Müşahidə Şurasının sədri postuna namizədliyi irəli sürülən “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova səsvermə nəticəsində Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Əlavə edək ki, Azərbaycanda fəaliyyət göstərən 5 həyat, 14 qeyri-həyat, 1 aqrar və 1 təkrarsığorta olmaqla bütün sığorta şirkətləri, o cümlədən 2 sığorta brokeri şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvüdür.