Milyarder Donald Tramp prezidentliyə gedən yolda Respublikaçılar arasında liderliyini möhkəmləndirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Nevada ştatında rəqiblərini 20 faizlik fərqlə qabaqlayaraq 45 faiz səs toplayıb.
Tərəfdarları qarşısında çıxış edən milyarder Nevadadakı ilkin seçkilərin qalibi adlandırıb:
“Bu heyranedici gecədir. Biz evanqelistlər arasında qələbə çaldıq. Biz gənclər arasında qələbə çaldıq. Biz ali təhsilli insanlar arasında qələbə çaldıq. Biz pis təhsilli insanlar arasında qələbə çaldıq. Mən aşağı təhsilli insanları sevirəm”.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrın 8-də keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər