ASALA-dan XİN-ə haker hücumu

asala-dan-xin-e-haker-hucumu
Oxunma sayı: 2145



Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, saytın ön səhifəsində yerləşdirilmiş məlumatda bu kiber hücumun erməni terror təşkilatı olan ASALA-nın rəhbərlərindən biri olmuş  terrorçu Monte Melkonyan kiber qrupu tərəfindən törədildiyi qeyd olunub. 

İnternet səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib:

“Siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olan və cəbhədə törətdiyi təxribat əməlləri nəticəsində ardıcıl olaraq uğursuzluqla üzləşən Ermənistan bu cılız addımlarla yəqin ki özünə təsəlli tapmağa çalışır”-deyə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib.