“Qafqazinfo” xəbər verir ki, “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı və Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Məhəmməd İbrahimov Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürərək, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini fəth ediblər. Könüllülər ümummilli liderə gənclərin böyük ehtiramının əlaməti kimi “ASAN Könüllüləri" Gənclər Təşkilatının və "ASAN xidmət”-in bayraqlarını dalğalandırıblar.
“ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı və Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Məhəmməd İbrahimov Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə Heydər Əliyev zirvəsinə (3751 m) müvəffəqiyyətlə yürüş etdiklərinə görə Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası tərəfindən sertifikatla təltif edilib.