“Asan olmayacaq” - Ebah

asan-olmayacaq
Oxunma sayı: 978

"Kəpəz" Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubu ilə üz-üzə gələcək.

"Qafqazinfo" xəbər verir ki, Gəncə təmsilçisinin hücumçusu Julien Ebah "Daçiya"nın rəsmi saytına açıqlama verib: ""Daçiya" yaxşı komandadır. Onlara qarşı oynamaq elə də asan olmayacaq. Şanslar bərabərdir. "Kəpəz" də "Daçiya" kimi qələbə qazanmaq üçün oynayacaq. Bildiyiniz kimi heyətimizə yeni futbolçular qoşulub. Bundan əlavə, 2 legioner oyunçu ilə də güclənmişik. Onlar öz oyunları ilə "Kəpəz"ə kömək edəcəklər. Avropa Liqası hər bir futbolçu üçün vacib turnirdir. Mümkün qədər irəli getmək istəyirik. Azarkeşlərimizi sevindriməyə çalışacağıq".