“ASAN xidmət indeksi” üzrə ən yüksək nəticə göstərən qurum açıqlandı

asan-xidmet-indeksi-uzre-en-yuksek-netice-gosteren-qurum-aciqlandi
Oxunma sayı: 1344

“ASAN xidmət indeksi” üzrə 4 ildir ki, ardıcıl olaraq dövlət qurumları arasında ən yüksək nəticəni göstərən qurum açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2020-2021-ci il qiymətləndirmənin nəticələrinə dair onlayn təqdimat mərasimində bildirilib.

Ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti göstərib. 

Bildirilib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 24 mərkəzi icra hakimiyyəti orqanının 227 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 124 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 48 xidməti daxil olmaqla, ümumilikdə 399 xidmət qiymətləndirilib.

Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətlərində keyfiyyətin, səmərəliliyin artırılması, yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.