"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə “ASAN xidmət”i Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransda Azərbaycan brendi olan “ASAN xidmət”in yaradılması və fəaliyyət məqsədləri barədə geniş təqdimat keçirilib. Dövlət xidmətlərinin daha effektiv, şəffaf yolla çatdırılmasında, korrupsiyaya qarşı mübarizədə, eyni zamanda elektron hökumət quruculuğunda “ASAN xidmət”in xüsusi rolu qeyd olunub. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
Təqdimat tədbir iştirakçılarının böyük marağına səbəb olub və onları maraqlandıran suallarının cavablandırılması ilə davam edib.
Son xəbərlər
Son Xəbərlər