ASB Bank bayram günlərində də fəaliyyət göstərəcək

asb-bank-bayram-gunlerinde-de-fealiyyet-gosterecek
Oxunma sayı: 647

ASB Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, Park Bulvar AVM-də yerləşən Park Bulvar filialı səhər saat 10:00-dan axşam 22:00-a kimi və Bazarstore Xətai supermarketində yerləşən Xətai şöbəsi səhər saat 09:00-dan axşam 22:00-a kimi fasiləsiz iş rejimində xidmət göstərəcək.

Filiallarımızda aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz.

• Fiziki və hüquqi şəxslərin hesablarının açılması
• Hesablaşma-kassa xidmətlərinin göstərilməsi
• Pul Köçürmələri
• Depozitlərin (əmanətlərin) qəbul edilməsi
• Valyuta mübadilə əməliyyatlarının aparılması
• Rabitə və kommunal ödənişlərin qəbulu
• POS Terminal xidmətləri
• 7/24 ATM xidmətləri

Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcək.
Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” 1996-cı ildən fəaliyyətə başlayıb. 31 İyul 2012-ci ilin nəticələrinə görə bankın aktivlərinin həcmi 171.754 mln. manat, depozit portfeli 99.356 mln. manat, kredit portfeli 136.006 mln. manat, nizamnamə kapitalı 28.000 mln. manat təşkil edir.
Bankın respublika üzrə 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 571 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 25.994, cəmi müştərilərinin sayı isə 46.026 təşkil edir.