ASB Bankdan 5000-dən artıq “Extra Card”

asb-bankdan-5000-den-artiq-extra-card
Oxunma sayı: 641

Məlumat üçün bildirmək istəyirik ki, «Extra Card» istifadəçiləri tərəfdaş olan alış-veriş və xidmət məntəqələrindən xidmətin və ya məhsulların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq imkanı əldə edirlər.

Həmçinin, «Extra Card» ilə ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı, hər növ kommunal və rabitə ödənişlərini də asanlıqla həyata keçirilə bilər.

«Extra Card»ı əldə etmək üçün ən yaxın «ASB Bank» filialına müraciət etmək olar. Bundan əlavə www.extracard.com veb saytına və ya birbaşa www.facebook.com/extracard facebook səhifəsinə daxil olaraq, həmçinin şəhər telefonlarından 137 nömrəsinə zəng edərək tərəfdaşlar və şərtlər haqqında daha ətraflı məlumat almaq olar.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» ASC 1996-cı ildə fəaliyyətə başlayıb. Bu ilin avqust ayının 1-nə bankın aktivlərinin həcmi 171,754 mln. manat, depozit portfeli 99,356 mln. manat, kredit portfeli 130,006 mln. manat, nizamnamə kapitalı 28,000 mln. manat təşkil edib. Bankın ölkə üzrə 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 571 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 25.994-dən, müştərilərinin sayı isə 46.000-dən çoxdur.