ASB Bankdan qadın sahibkarlara növbəti dəstək

asb-bankdan-qadin-sahibkarlara-novbeti-destek
Oxunma sayı: 646

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ASB Bankın İdarə Heyətinin Sədri Hüseyin Özmen, millət vəkili Sevinc Fətəliyeva, Suraxanı rayonu İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov çıxış edərək, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, belə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, 2011-ci ildən etibarən ASB Bankın dəstəyi ilə reallaşan “Regionlarda qadın sahibkarlığının inkişafı” layihəsi “Sidus Qrup” şirkəti ilə birlikdə bir neçə rayonda həyata keçirilib. Layihənin əsas məqsədi qadınlara sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün idarə etdikləri kommersiya müəssisələrinə dəstəyin göstərilməsi və genişləndirilməsindən ibarətdir.

ASB Bankın qarşıya qoyduğu məqsədlərdən biri də "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" və bu sahədə həyata keçirilən digər dövlət proqramlarının icrasına dəstək olmaqdır. Qadın sahibkarlığının inkişafı, gənclərin və ümumilikdə əhalinin məşğulluğunun yerli səviyyədə təmin edilməsi də bu proqramın tərkib hissəsidir.
ASB Bank müştəri məmnuniyyətini nəzərə alaraq bundan sonrakı dövrdə kredit xidmətlərini bazara uyğun rəqabətcil şərtlərlə, minimum xərc və az vaxt sərf etməklə müştərilərinə təqdim edəcəkdir.

Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” 1996-cı ildən fəaliyyətə başlayıb. 2012-ci ilin Oktyabrın 1-nə kimi bankın aktivlərinin həcmi 159. 54 mln. manat, depozit portfeli 86. 62 mln. manat, kredit portfeli 121. 01 mln. manat, nizamnamə kapitalı 28. 00 mln. manat təşkil edir. Bankın respublika üzrə 9 filialı, 2 şöbəsi, 36 bankomatı və 613 POS-terminalı mövcuddur.